TƏCİLİ! Azərbaycan Türkiyə ilə birlikdə bu addımı ATIR
Zəngəzur dəhlizi sadəcə olaraq, dəmir yolu deyil. Bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək
Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsində insanlarımızı yeni hədəflərə köklədi. Prezident, həmçinin Zəngəzurun 1920-ci ildə, yəni Azərbaycan bolşevikləşəndən sonra Ermənistana verildiyini bildirdi. Zəngəzur dəhlizi gec-tez açılacaq, bu, Ermənistan üçün də ən yaxşı yoldur. Dəhlizin açılmamasından ən çox əziyyət çəkən məhz İrəvan olacaq. O, tarixi toponimlərin adlarını çəkməklə Azərbaycan xalqının yaddaşını bir növ təzələdi və bizi nə vaxtsa əzəli torpaqlarımıza – Qərbi Azərbaycana da qayıdacağımıza inandırdı.
Ermənistan tərəfi Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Dünya aviasiya sistemində qaydalar var və mövcud dəhlizdən istifadə etmək olar. Zəngəzur dəhlizinin hava versiyasını həyata keçirərək Naxçıvana uçan təyyarələr həm vaxta, həm də yanacağa qənaət edirlər. Zəngəzur dəhlizi sadəcə olaraq, dəmir yolu deyil. Bu dəhlizdən həm dəmir yolu keçəcək, həm avtomobil yolu keçəcək. Gələcəkdə oradan Naxçıvana elektrik xətlər çəkiləcəkdir. Sonra ola bilsin ki, qaz xətləri də oradan keçsin. Aparılan siyasət nəticəsində “Zəngəzur dəhlizi” termini beynəlxalq leksikona da daxil edilib.
“Təəssüf ki, bizim bundan əvvəlki cəza xarakterli bütün cavab tədbirlərimiz Ermənistan üçün ibrət dərsi olmayıb. Dünənki hadisə də istisna deyil. Azərbaycan Silahlı Qüvvələri cinayətkarları cəzalandırmaq üçün qəti tədbirlər görüblər və bu gün müdafiə nazirindən aldığım məlumata görə düşmən tərəfin 6-8 hərbi qulluqçusu məhv edilib, çoxları yaralanıb. Bu hadisədən bir qədər sonra erməni tərəfi təkidlə atəşin dayandırılmasını xahiş etməyə başladı. Lakin onlar başa düşməlidirlər ki, azərbaycanlı hərbi qulluqçunun ölümü heç vaxt onlara bağışlanmayacaq. Erməni tərəfin çoxsaylı xahişlərinə, mən deyərdim, yalvarışlarına, bu hadisənin rusiyalı sülhməramlıların məsuliyyət zonasında deyil, Kəlbəcər istiqamətində baş verməsinə, rusiyalı sülhməramlıların da xahişlərinə baxmayaraq, saat 21:30-da mən müdafiə nazirinə komanda verdim ki, atəş dayandırılsın və erməni tərəfin çoxsaylı yaralılarını götürməsinə imkan verilsin. Yəni, istər bu hadisə, istərsə də əvvəl baş vermiş hadisələr bu şəkildə sona çatıb – cinayətlər, təxribat, gizlincə törədilən alçaq təxribatlar, Azərbaycan tərəfin cəza tədbirləri, sonra da atəşin dayandırılması barədə yalvarışlar. Nəticədə Azərbaycan yenə humanizm nümayiş etdirdi, lakin yalnız bizim fikrimizcə cəza əməliyyatının başa çatdırılmalı olması qənaətinə gələndən sonra”, – Prezident bildirib.
Bildiyiniz kimi, Prezident ermənilərə 6 ay vaxt verdi. Bu müddət ərzində hansısa sülhməramlı təşəbbüs olmasa, biz “dəyənəyin digər tərəfini” çevirməli olacağıq. Ermənilər sərhəddə süni toqquşma yaradaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bura cəlb etmək niyyətindədirlər. Beləliklə, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə zərbə vurmaq istəyirlər. Lakin dövlət başçısı bunun xam xəyallar olduğunu nəzərə çatdırdı. Çünki artıq müharibə bitib və düşmən bizim ərazi bütövlüyümüzü hansısa bəhanə gətirmədən, dərhal tanımalıdır. Bu baş verməsə, biz əzəli torpaqlarımıza olan iddialarımızı təzələyəcəyik. Dövlət başçısı, həmçinin söylədi ki, Türkiyə ilə birlikdə regionda hansısa pozuculuq fəaliyyətinin baş verməsinə imkan verməyəcəyik”.
Prezident sülhməramlı qüvvələrin fəaliyyətindən də danışdı. Dövlət başçısı rus hərbçilərinin işlərindəki nöqsanları aydın göstərdi. Bildirdi ki, biz Laçın dəhlizində bir neçə istiqamətdən monitorinq aparmaq imkanına malikik. Qarabağın dağlıq hissəsindəki camaat yoxsulluq səbəbindən ərazini tərk etmək istəsə də, sülhməramlılar buna imkan vermirlər. Bütün bunlar sülhməramlıların öz missiyalarını yerinə yetirmədiklərini, bütün imkanları ilə ermənilərin orada qalıb, yaşamalarına çalışdıqlarını göstərir. Beləliklə, Zəngəzur dəhlizinin açılmasına dair problem meydana çıxacağı təqdirdə sadaladığım məqamlar bizim Laçın dəhlizini bağlamağımıza əsas verəcək.