TƏCİLİ! Bakıda yaşayış binası yanır
Gündəm
15:01 28 noy, 2022
![TƏCİLİ! Bakıda yaşayış binası yanır](https://qazet.az/resized/fit900x500/center/pages/126709/415bd5b7-a7ec-35da-b876-82ed059cc877-850.jpg)
Bakıda yaşayış binası yanır.
Bu barədə Qazet.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əlavə məlumat veriləcək.