Bakı 20˚C Mostly cloudy w/ showers

TƏCİLİ! Çindən Rusiyaya AĞIR ZƏRBƏ

Gündəm 17:06 11 mar, 2022

Rusiya Türkiyə, Hindistan və digər ölkələrdə təyyarə hissələrinin tədarükü imkanlarını axtarmağı planlaşdırır

TƏCİLİ! Çindən Rusiyaya AĞIR ZƏRBƏ

Azərforum Oxu.az-a istinadən xəbər verir ki, Çin Rusiya aviaşirkətlərinə təyyarə hissələri tədarükündən imtina edib.

Qazet.az xəbər verir ki, bu barədə “Rosaviasiya” təyyarələrinin uçuşa yararlılıq şöbəsinin rəhbəri Valeri Kudinov bildirib.

Onun sözlərinə görə, Rusiya Türkiyə, Hindistan və digər ölkələrdə təyyarə hissələrinin tədarükü imkanlarını axtarmağı planlaşdırır.

“Biz aviaşirkətin özünə tapşırmışıq ki, bu ehtiyat hissələrini haradan əldə etmək imkanının olduğunu müəyyənləşdirsin. Bildiyimə görə, elə məlumatlar yayılıb ki, onlar məsələn, Çinə müraciət ediblər və çinlilər bundan imtina ediblər”, - deyə Kudinov jurnalistlərə açıqlamasında deyib.

Fevralın 26-da Avropa İttifaqı Rusiyaya mülki təyyarələrin və ehtiyat hissələrinin tədarükünü, habelə onlara texniki qulluq və sığortasını qadağan edən sanksiyalar tətbiq edib.

Mənbə: İnterfaks