Bakı 34˚C Sunny

“Təhlükəli dövr başlayır, çoxlu ölüm, böyük ağrılar olacaq” – ŞOK PROQNOZ

Gündəm 00:00 12 iyl, 2022

İyulun 15-dən avqustun 4-dək olan müddət müharibənin pik dövrü olacaq. 

“Təhlükəli dövr başlayır, çoxlu ölüm, böyük ağrılar olacaq” – ŞOK PROQNOZ

Astroloq Nataliya Vlasenko Ukrayna ilə bağlı yaxın gələcək üçün proqnoz verib və ölkədə müharibənin pik həddə çatacağı ən təhlükəli tarixlər barədə iddialarını irəli sürüb.

Qazet.az xəbər verir ki, astroloq Rusiya ilə müharibədə ən çətin dövrün iyulun 12-də başlayacağını deyib.

“Bu, ölümlə, qlobal dəyişikliklərlə, xoşbəxtlikdən ağrıya, həyatdan ölümə qədər olan
dövrlə bağlıdır. Avqustun 13-nə qədər çoxlu ölümlər, çoxlu ekstremal hadisələr, böyük ağrılar olacaq. Avqustun 13-ü bu dövrün sonu olacaq. Dövlət bütün imkanlarını fövqəladə vəziyyətlərə sərf edəcək”, - Vlasenko bildirib.

Astroloq qeyd edib ki, iyulun 15-dən avqustun 4-dək olan müddət müharibənin pik dövrü olacaq. Məhz bu dövrdə ən güclü partlayışlar, anlaşmaların pozulması, zorakılıq və ölüm halları baş verə bilər.

Onun sözlərinə görə, ən çətin dövr iyulun 31-də başlayacaq. (teleqraf.com)