Bakı 36˚C Mostly sunny

Təhlükənin adı sarı qızdırma: 15 nəfər ölüb

Cəmiyyət 02:33 11 noy, 2022
Təhlükənin adı sarı qızdırma: 15 nəfər ölüb

Nigeriyada sentyabrın 30-dan bəri sarı qızdırmadan 15 nəfər ölüb.

Qazet.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) tərəfindən edilən açıqlamada, sarı qızdırma epidemiyasının ölkənin 36 əyalətinin 463 bölgəsinə yayıldığı bildirilib.

Açıqlamada bildirilib ki, bu rayonlarda sentyabrın 30-dan indiyədək 1601 sarı qızdırma hadisəsi aşkarlanıb, epidemiya səbəbindən 15 nəfər dünyasını dəyişib. Hökumətin epidemiya ilə bağlı tədbir gördüyü və sağlamlıq mərkəzlərinə sərbəst nəzarətin başladığı paylaşılıb. Nigeriya hökuməti 12 sentyabr 2017-ci ildən epidemiya ilə mübarizə aparır.

Xəstəliyin simptomlarına yüksək hərarət, baş və əzələ ağrıları, ürəkbulanma, zəiflik və sarı gözlər daxildir.