Bakı 16˚C Sunny

Tehran və Bakı arasında yeni saziş imzalanacaq: İranın neft naziri

Biznes 13:20 22 noy, 2021

Nazir əlavə edib ki, Xəzər dənizində neft yataqlarının inkişaf etdirilməsi haqda müzakirələr aparılıb

Tehran və Bakı arasında yeni saziş imzalanacaq: <span style="color:red">İranın neft naziri</span>

İran və Azərbaycan bir neçə həftə ərzində Xəzər dənizində neft və qaz yatağının birgə işlənməsinə dair saziş imzalaya bilərlər.

Qazet.az Trend-ə istinadən xəbər verir ki, bunu bazar günü İranın neft naziri Cavad Ouci Azərbaycanda səfərdə olan Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə danışıqlardan sonra deyib.

C.Oucinin sözlərinə görə İran və Azərbaycan arasında bu gün qaz sektorunda səmərəli razılaşmalar əldə olunub.

Nazir əlavə edib ki, Xəzər dənizində neft yataqlarının inkişaf etdirilməsi haqda müzakirələr aparılıb. Bu gün mütəxəssislərin iclasından sonra gələn həftələr ərzində müqavilənin imzalanacağına ümid olunur.

İranlı nazir bildirib ki, qonşu ölkələrdən, o cümlədən Türkmənistandan qazın Azərbaycana svop olunması (SWAP) haqda danışıqlar aparılıb.