Tehranda güclü partlayış oldu
Mələki mağazaların yaxınlığında olan 7-8 4 maşına ciddi ziyan dəydiyini vurğulayıb.

İranın paytaxtı Tehran şəhərinin Qeytəriyyə bölgəsində yağ dəyişdirmə sexində güclü partlayış baş verib.
Qazet.az xəbər verir ki, bu barədə Tehran Yanğından Mühafizə və Təhlükəsizlik İdarəsinin sözçüsü Seyid Calal Mələki İSNA agentliyinə açıqlamasında deyib.
"Bu gün yerli vaxtla saat 13:47-də Qeytəriyyədə təmir sexində partlayış meydana gəlib. Dərhal hadisə yerinə iki yanğın söndürmə maşını göndərilib", - deyə Seyid Calal Mələki bildirib.
Onun sözlərinə görə, partlayış nəticəsində 4 mağaza dağılıb. Hadisə zamanı 4 nəfər xəsarət alıb ki, onlardan da 3-nün vəziyyəti ağır qiymətləndirilir. Yaralılar dərhal xəstəxanaya yerləşdiriliblər.
Mələki mağazaların yaxınlığında olan 7-8 4 maşına ciddi ziyan dəydiyini vurğulayıb.