Tehranda partlayış baş verdi
Gündəm
17:53 28 iyn, 2022
Partlayış paytaxtın Qeytəriyyə bölgəsində, yağdəyişmə mağazasında qeydə alınıb

İranın paytaxtı Tehranda partlayış baş verib.
Qazet.az xəbər verir ki, partlayış paytaxtın Qeytəriyyə bölgəsində, yağdəyişmə mağazasında qeydə alınıb.
Məlumata görə, partlayış nəticəsində 4 mağaza dağılıb. Hadisə zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.