Bakı 18˚C Hazy sunshine

Tehrandakı iğtişaşların şəhərə vurduğu zərər məlum olub

Gündəm 01:13 24 okt, 2022
Tehrandakı iğtişaşların şəhərə vurduğu zərər məlum olub

İranda davam edən etiraz aksiyalarının Tehrana vurduğu zərər məlum olub.

Qazet.az xəbər verir ki, paytaxtda iğtişaşlar nəticəsində şəhərə dəyən ziyan 600 milyon dollar təşkil edib.

Demək olar ki, 40 gün davam edən etirazlarda 50 avtobus zədələnib, 32 işıqfor sıradan çıxarılıb.

Bundan əlavə, 17 banka basqın edilib, iki körpü zədələnib, 1850-dən çox yol nişanı sındırılıb, 2,5 min metrdən çox hasar uçurulub, 128 avtobus dayanacağı dağıdılıb.