Tehrandakı Rusiya səfirliyi təklif etdi: Rus dilini daha yaxşı öyrənin
Fars-ın məlumatına görə, Rusiyanın Vyana danışıqlarındakı nümayəndəsi Mixail Ulyanov daha əvvəl Twitter hesabında jurnalistləri onun açıqlamalarını “başa düşmədiklərinə” görə tənqid edib.
Rusiyanın Tehrandakı səfirliyi Vyanada bu ölkənin beynəlxalq təşkilatlardakı nümayəndəsinin
“Fərda” radiosunda səsləndirilən fikirlərinin tərcüməsinə reaksiya verib.
Qazet.az Fars xəbər agentliyinə istinadən məlumat verir ki, Rusiya Federasiyasının İran İslam Respublikasındakı səfirliyi bu gün Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi və İranla 4+1 formatındakı danışıqlarda təmsilçisi Mixail Ulyanovun fikirlərinin tərcüməsindəki yanlışlıqlara dair tövsiyə ilə çıxış edib.
Səfirlik “Fərda” radiosunun tərcüməçilərinə rus dilini daha yaxşı öyrənməyi məsləhət bilib.
Bu münasibətlə səfirlik hətta bəyanat da yayıb. Bəyanatın mətnində deyilir: ““Fərda” radiosunun Rusiya Federasiyasının Vyanadakı Beynəlxalq Atom Enerjisi Agentliyi yanında daimi nümayəndəsi cənab Mixail Ulyanovun İrandakı nüvə qurğularındakı sentrifuqalar məsələsi ilə bağlı sözlərini təhrif olunmuş şəkildə tərcüməsi diqqəti cəlb etdi. Əslində, rusiyalı diplomat deyib: “Bu sentrifuqalarla nə etmək lazımdır? Xaric etmək və məhv etmək üçün bir seçim var. İran ərazisində onu saxlamaq və Beynəlxalq Atom Enerjisi Agentliyinin zəmanətinə qoymaq, möhürləmək, yumşaltmaq və s. Bu variantların seçimi danışıqlar yolu ilə aparıla bilər. Bu, həll edilməli olan onlarla problemdən yalnız biridir”.
Bəyanatda əlavə edilib: “Ümid edirik ki, “Radio Fərda” gələcəkdə anlaşılmazlıqların və ziddiyyətli məlumatların qarşısını almaq üçün Rusiya nümayəndələrinin bəyanatlarını daha ədalətli şəkildə tərcümə edəcək. Xatırlatmaq yerinə düşər ki, 4+1 formatındakı danışıqlar prosesinin bir neçə ili ərzində beynəlxalq vasitəçilərdən heç biri buna nail olmaq və qorumaq üçün Rusiya qədər səy göstərməyib. Biz təklif edirik ki, “Fərda” radiosunun tərcüməçiləri rus dilini daha yaxşı öyrənsinlər”.
Qeyd edək ki, “Fərda” radiosu Ulyanovdan belə sitat gətirib ki, "İran sentrifuqaları ya məhv edilməli, ya xaricə daşımalı, ya da möhürləməlidir".
Fars-ın məlumatına görə, Rusiyanın Vyana danışıqlarındakı nümayəndəsi Mixail Ulyanov daha əvvəl Twitter hesabında jurnalistləri onun açıqlamalarını “başa düşmədiklərinə” görə tənqid edib.
Yeni tvitində konkret media qurumlarının adını çəkməyən diplomat yazıb: “Bilməlisiniz ki, mən İranın mövqeyini mənfi yox, müsbət qiymətləndirmişəm”.