"500-dən artıq məktəb direktoru yeri boşdur"
Təhsil naziri brifinqdə məktəb direktoru vəzifəsinin tutulması haqqında danışdı

Bu dəqiqələrdə Təhsil nazirliyi Prezident İlham Əliyevin təhsillə bağlı imzaladığı sərəncamlara dair brifinq keçirir.
Qazet.az saytının müxbirinin verdiyi məlumata görə, nazir məktəb direktorlarının təyinatı ilə bağlı fikirlərini bölüşərək qeyd edib:
“Məktəb direktorlarının hamısı düz deyil. Hansısa ucqar kənddə baş verən prossesin şahidi müəllimdir. Təhsil nazirliyi deyil. Sinifdə şagiridlərin qarşısına çıxan müəllimin davaranışından asılıdır. Və hər kəs öz işini düzgün görməlidir. Direktoru kimin təyin etməsi önəmli deyil, əsas olan ictimaiyyət bu prossesdə iştirak edirmi və şəffaflıq varmı?”

“Direktor müsabiqəsini keçən müəllim sayı azdır. 500-dən artıq məktəb direktoru yeri boşdur. Boşdur çünki gözlənilən nəticəni əldə edən yoxdur. Və biz də baryeri aşağı sala bilmərik. Amma uzun müddət də yerlərin boş qalmasını gözləmək olmaz”.