Bakı 3˚C Mostly cloudy

Təhsil Nazirliyi 46 milyonluq təchizat alıb

Siyasət 10:30 08 dek, 2022
Təhsil Nazirliyi 46 milyonluq təchizat alıb

Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi kompüter və noutbukların satın alınması üzrə tenderə yekun vurub.

Qazet.az dövlət vahid elektron satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi Bestcomp Group QSC seçilib və müqavilə üzrə şirkətə 39,4 milyon manat ödəniləcək.

İdarə həmçinin, “Maşın və avadanlıqlar”ın alınması ilə bağlı tenderin nəticəsinə görə, Simplex QSC-yə 6,7 milyon manat, təhsil müəssiələrində cari təmir işlərinə görə "VK GROUP N1" MMC-yə 520,7 min manat ödəyəcək.