Bakı 6˚C Showers

Təhsil Nazirliyi: "Məktəbdaxili yoluxma şagird davamiyyətinə ciddi təsir göstərmir"

Gündəm 19:36 03 noy, 2021

“Hazırda şagirdlərin dərsə davamiyyəti qənaətbəxşdir”

Təhsil Nazirliyi: "Məktəbdaxili yoluxma şagird davamiyyətinə ciddi təsir göstərmir"

"Hər gün mütəmadi olaraq ölkə ərazisində fəaliyyət göstərən məktəblərdə şagird davamiyyəti barədə məlumatlar toplanılır. Bu sahədə hər hansı ciddi problem müşahidə olunmur".

Qazet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

Nazirlik rəsmisi bildirib ki, indiki vəziyyətlə pandemiya dönəmindən əvvəlki zamanla müqayisədə elə ciddi dəyişiklik hiss olunmur: "Hazırda şagirdlərin dərsə davamiyyəti qənaətbəxşdir. Yəni bununla bağlı bir sıxıntı görünmür".

"Pandemiya şəraitində tədrisin təşkili ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı icra olunur. Məktəblərdə tədrisin təşkili də məhz həmin qaydalar əsasında keçirilir. Məktəblərdə mütəmadi şəkildə dezinfeksiya işləri aparılır. Şagird və müəllimlərin hərarəti gündəlik olaraq ölçülür. Hər hansı şübhəli məqam olduğu təqdirdə sanitar-epidemioloji qurumlar tərəfindən yerində yoxlanış keçirilir və məsələ aktlaşdırılır. Qərarın nəticəsindən asılı olaraq məktəb barədə qərar verilir" - O.Abbasov əlavə edib.

Şöbə müdirinin əvəzi bildirib ki, ənənəvi tədrisin bərpa olunduğu günlərdə koronavirusa görə bağlanan Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası karantin müddətini bitirərək əyani tədrisi bərpa edib.