Bakı 4˚C Mostly cloudy

Təhsil Nazirliyi muğam ixtisası ilə bağlı yeni qərar qəbul edib? 

Cəmiyyət 14:53 30 noy, 2021

Xanəndə məsələ ilə bağlı Azərbaycan xalqına, muğamsevərlərə müraciət edib

Təhsil Nazirliyi muğam ixtisası ilə bağlı yeni qərar qəbul edib? 

Azərbaycan Milli Konservatoriyası ilə Təhsil Nazirliyi arasında qalmaqal yaşanıb.

Qazet.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya Əməkdar müəllim, tanınmış xanəndə Qəzənfər Abbasov məlumat verib. Xanəndənin sözlərinə görə, Təhsil Nazirliyi Asəf Zeynallı adına Musiqi Kollecində xanəndəlik proqramını dəyişmək istəyirlər.

"Hamınızın diqqətini bir məsələyə yönəltmək məcburiyyətindəyəm. Azərbaycan Milli Konservatoriyasının tərkibində Musiqi kollecində (A.Zeynalı) xanəndəlik ixtisasının 2 illik tədris olunmasını tələb edirlər. Bunu kimlər bu vəziyyətə gətirir? Səbəb nədir? 4 ilə öyrənə bilməyən tələbə 2 ilə necə öyrənsin muğamlarımızı? Bu, milli musiqimizə düşmənçilikdir”.

Qəzənfər Abbasov deyir ki, muğamları tam öyrənmək üçün uzun illər tələb olunur:

"10 ildən artıqdır ki, kollecdə 3 illik təhsil tətbiq edilib. İndi isə 2 illik təhsil tələb edirlər. İstəyirlər, muğamı bir az da bəsitləşdirsinlər. Məndən tələb edirlər ki, 2 illik proqram tut, mən də etiraz edirəm ki, 2 ilə muğam təhsili olmaz”.

Xanəndə məsələ ilə bağlı Azərbaycan xalqına, muğamsevərlərə müraciət edib.

Xanəndə Sabir Abdullayev də mövcud məsələdən narahatlığını dilə gətirib:

"Kim fikirləşib, bunu niyə belə edirlər? İki ilə proqramın üçdə birini öyrənmək mümkün deyil. Asəf Zeynallı kimi tədris ocağına toxunmaq olmaz, gəlin, fikirləşək”.

Bununla bağlı Təhsil Nazirliyinə sorğu göndərsək belə geri dönüş almadıq.