Bakı 5˚C Mostly cloudy

Təhsil Nazirliyindən yeni TƏYİNAT

Gündəm 15:25 05 yan, 2023
Təhsil Nazirliyindən yeni TƏYİNAT

Bakı Slavyan Universitetinə (BSU) tədris işləri üzrə prorektor təyin olunub.

Qazet.az-ın xəbərinə görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Ənvər Abbasov vəzifəyə təyin olunub.

Qeyd edək ki, Ə.Abbasov Təhsil İnstitutunda direktor müavini işləyib.