Təhsil sektorunun müdiri işdən çıxarıldı
Gündəm
15:56 16 noy, 2022
Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə Şəmkir rayon təhsil sektorunun müdiri işdən çıxarılıb.
Qazet.az-ın əldə etdiyi məlumata görə, sektor müdiri Qüdrət Əliyev vəzifəsindən azad edilib.
Belə ki, Qüdrət Əliyev bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün işdən azad olunub. Hələlik onun yerinə təyinat yoxdur.