Təhsildə yeni qərar - 1993-cü ilədək ali məktəbi bitirənlər magistra bərabər sayılacaq
Bu qərar noyabrın 2-də keçiriləcək qanun layihəsində öz əksini tapacaq
Ali təhsil müəssisələrinə (kollec istisna olmaqla) 1993-cü ilədək qəbul olmuş və təhsilini bitirərək ali təhsil haqqında dövlət sənədi - diplom almış şəxslərin təhsil səviyyəsi magistraturaya bərabər tutulacaq.
Qazet.az xəbər verir ki, bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, magistratura ali təhsilin ikinci səviyyə sayılır, ali təhsilin magistratura (rezindetura) səviyyəsi və ya onun ekvivalenti (60-120 kredit) - “magistr” ali elmi-ixtisas dərəcəsinin verilməsi ilə nəticələnir. İkinci səviyyə üçün deskriptor, Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin 7-ci səviyyəsinin öyrənmə nəticələrinə uyğundur.