Bakı 16˚C Partly sunny w/ showers

"Tələbimiz Ermənistanın atəşkəsə əməl etməsidir" - Hulusi Akar

Gündəm 16:53 15 sen, 2021

Ermənistanın atəşkəsə əməl etməsi regionda stabilliyin təmin edilməsidir

"Tələbimiz Ermənistanın atəşkəsə əməl etməsidir" - Hulusi Akar

"Bizim ümidimiz və tələbimiz Ermənistanın atəşkəsə əməl etməsi, hansısa bir yalnışlıq etməməsi və regionda atəşkəsin qalıcı olması, stabilliyin təmin edilməsidir".

Qazet.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konyada “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə deyib.