Bakı 23˚C Sunny

“Telegram”da yenilik: Artıq skrinşotların çəkilməsi və mesajların yönləndirilməsini qadağan etmək mümkündür

Biznes 11:35 08 dek, 2021

Bu barədə messencerin saytı məlumat yayıb

“Telegram”da yenilik: Artıq skrinşotların çəkilməsi və mesajların yönləndirilməsini qadağan etmək mümkündür

“Telegram”da kanal və qrup sahibləri bundan sonra istifadəçilərə mesajların yönləndirilməsini, skrinşot çəkilməsini, həmçinin kanallarda yayımlanan foto və videoları yaddaşda saxlamağı qadağan edə biləcəklər.

Qazet.az xəbər verir ki, bu barədə messencerin saytı məlumat yayıb.

Məlumata görə, qeyd olunanlarla yanaşı “Telegram”-ın yeni versiyasında mesajları müəyyən müddətə silmək, qoşulmuş cihazları idarə etmək üçün yeni seçimlər, kanallar adından ictimai qruplarda anonim şərhlər yazmaq kimi digər imkanlar da var.

Mənbə: vc.ru