Bakı 15˚C Sunny

“Telegram”ın işində nasazlıq yaranıb

Gündəm 02:01 05 okt, 2021

“WhatsApp”dan keçən bütün yeni istifadəçilərə şadıq, lakin serverlər çətinliklə üzləşib” - “Telegram”ın məlumatında deyilir. 

“Telegram”ın işində nasazlıq yaranıb

“Telegram” messencerinin işində nasazlıq ortaya çıxıb.

Qazet.az xəbər verir ki, bu barədə internet resurslarının işini izləyən “Downdetector” xidməti məlumat yayıb.

Şikayətçilər tətbiqin işi, serverin qoşulması ilə bağlı problem yaşadıqlarını bildirir.

Nasazlıq haqqında şikayətlər daha çox ABŞ, Meksika, Kanada, Cənubi Amerika və bəzi Avropa ölkələrindən olan istifadəçilərdən gəlir.

“WhatsApp”dan keçən bütün yeni istifadəçilərə şadıq, lakin serverlər çətinliklə üzləşib” - “Telegram”ın məlumatında deyilir.