Bakı 25˚C Sunny

“Telegram”ın yaradıcısı hansı ölkənin vətəndaşıdır?

Biznes 11:40 23 noy, 2021

Bu barədə Fransa hökumətinə məxsus rəsmi resursda müvafiq sənəd dərc olunub

“Telegram”ın yaradıcısı hansı ölkənin vətəndaşıdır?

“VKontakte” sosial şəbəkəsi və “Telegram” mesencerinin yaradıcısı rusiyalı Pavel Durov Fransa vətəndaşlığı alıb.

Qazet.az xəbər verir ki, bu barədə Fransa hökumətinə məxsus rəsmi resursda müvafiq sənəd dərc olunub.

23 avqust tarixli sənəddə ölkə vətəndaşlığı almış şəxslərin siyahısı təqdim edilib. Onların arasında Durov da var. İş adamının adı ilə yanaşı, onun doğum tarixi və yeri də burada öz əksini tapıb.

“Telegram”ın yaradıcısı hələ ki, yayılan xəbərlərə münasibət bildirməyib.

Qeyd edək ki, Durov Rusiya vətəndaşlığı ilə yanaşı, Sent-Kits və Nevis ada dövlətinin pasportuna sahibdir.

Mənbə: “RİA Novosti”