Bakı 21˚C Sunny

"Telegram"ın işində qüsurlar yaranıb

Biznes 11:23 13 okt, 2021

Serverlə bağlantıdan şikayət edilir

"Telegram"ın işində qüsurlar yaranıb

"Telegram" mesencerinin işində qüsurlar yaranıb.

Qazet.az-ın məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, şikayətlərin çoxu Rusiya, ABŞ, Böyük Britaniya, Almaniya və digər ölkələrdə qeydə alınıb.

Bildirilir ki, istifadəçilər tətbiqin işindən və serverlə bağlantıdan şikayət edirlər.