Telman İsmayılovun ekstradisiyası proseduru başladı
Məhkəmə onların barəsində qiyabi həbs qətimkan tədbiri seçib
Rusiyanın Baş prokurorluğu Azərbaycan əsilli biznesmen Telman İsmayılovun ekstradisiyası üçün Montenegroya rəsmi sorğu göndərib. Bu barədə prokurorluğun mətbuat xidməti bildirir.
Qazet.az xəbər verir ki, “T.M.İsmayılovun cinayət məsuliyyətinə cəlb olunması üçün Rusiya Federasiyasına ekstradisiyasına dair oktyabrın 7-dən etibarən sorğu Montenegronun ədliyyə, insan haqları və mili azlıqlar üzrə nazirliklərinə diplomatik kanallarla göndərilib”,-məlumatda deyilir.
Rusiya hüquq-mühafizə orqanları T.İsmayılovu və qardaşı Vaqifi iki nəfərin qətlini sifariş verməkdə, o cümlədən qanunsuz silah dövriyyəsində ittiham edir. Məhkəmə onların barəsində qiyabi həbs qətimkan tədbiri seçib. T.İsmayılov bir neçə ildir Montenegroda yaşayırdı.