Təqaüddə yaşamaq üçün ən yaxşı ölkələrin siyahısı açıqlanıb
Avropa qitəsində isə təqaüd üçün ən münasib ölkə Kipr seçilib
Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya və İsrail ömrün təqaüd alan çağında yaşamaq üçün ən yaxşı ölkələrdir.
Qazet.az xəbər verir ki, araşdırma Böyük Britaniyanın “Our Life Plan” portalı tərəfindən aparılıb.
Reytinq tərtib edilərkən ölkələrin xoşbəxtlik reytinqi, yaşayış minimumu, orta aylıq əməkhaqqı, orta illik temperatur və ildə günəş işığı saatının vaxtı kimi amillər əsas götürülüb.
Araşdırmanın nəticələrinə görə, BƏƏ təqaüdçülər üçün ən yaxşı ölkə seçilib.
Təqaüdçülər üçün ən yaxşı ölkələrin ilk beşliyinə Avstraliya, İsrail, Bəhreyn və Səudiyyə Ərəbistanı daxildir.
Avropa qitəsində isə təqaüd üçün ən münasib ölkə Kipr seçilib.
Onluğu İspaniya, Malta, Kolumbiya və Tailand tamamlayır.
Mənbə: “Ourlifeplan”