Tərəflər arasında dava: Salonda başlayan toy polis idarəsində başa çatdı - VİDEO
Maraqlı
12:33 29 sen, 2022
Toyda mahnı tələbi üzündən çıxan mübahisə nəticəsində qız və oğlan evi arasında dava düşüb.
Qazet.az xəbər verir ki, hadisə İstanbulda baş verib.
Toyunda halay rəqsində səsləndiriləcək mahnıya görə gəlin tərəfi ilə bəy tərəfi arasında gərginlik yaşanıb.
Gərginlik nəticəsində qız tərəfi ilə oğlan tərəfi əlbəyaxa olub, bir-birilərinə təpik və şillə atıblar.
Salonda başlayan toy polis idarəsində başa çatıb.