"Terrorçular qəsdən insanlara virus yoluxdurmaq istəyiblər" - Rusiya Təhlükəsizlik Şurası
Gündəm
13:37 07 okt, 2021
Bu cür hallar Hindistan kəşfiyyat orqanları tərəfindən aşkar edilib
"Terrorçular müəyyən ölkələrdə mülki insanlara virus yoluxdurmağa çalışıb."
Qazet.az Tass agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Yuri Kokov, "Rossiyskaya qazeta" qəzetinə verdiyi müsahibədə bildirib.
"Sivil əhaliyə virus yoluxdurmaq üçün koronaviruslu şəxslərdən istifadə cəhdləri qeydə alınıb. Məsələn, bu cür hərəkətlər Hindistan kəşfiyyat orqanları tərəfindən aşkar edilib. Öz növbəsində, Tunisdə də hüquq -mühafizə orqanlarının əməkdaşlarını virusa yoluxdurmaq üçün onların barakasına qanunsuz girən yerli ekstremistlər də tutulub" deyə Kokov faktları sayarkən bildirib.
-