“Tesla” avtopilotu sınaqdan keçə bilmədi
Biznes
16:50 11 avq, 2022
Təcrübənin Kaliforniyadakı sınaq yolunda aparılıb
Tam avtonom idarəetmə rejimində olan “Tesla” avtomobili “The Dawn Project” tərəfindən keçirilən sınaq zamanı özünü doğrultmayıb.
Qazet.az xəbər verir ki, avtomobil uşaq boylu manekenin üzərindən üç dəfə keçib.
Təcrübənin Kaliforniyadakı sınaq yolunda aparılıb.
Avtomobil yolda stasionar obyektin varlığını müəyyən edə bilməyib və orta hesabla 40 km/saat sürətlə onu təkrar-təkrar vurub.