“Tesla”nın istehsal etdiyi avtomobillərin SAYI AÇIQLANDI
İlon Mask sosial şəbəkədə paylaşım edib
Bu günə qədər “Tesla” şirkəti 3 milyondan çox avtomobil istehsal edib.
Qazet.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask “Twitter” hesabında paylaşıb.
İ.Maskın sözlərinə görə, onun 1 milyonu Şanxaydakı zavodun payına düşür.
O həmçinin Şanxaydakı zavodda istehsal edilən 1 milyonuncu avtomobillə də bağlı paylaşım edib.
İ.Mask hesab edir ki, istehsalın tələbdən çox olması bazarda problemlər yaradır.
Qeyd edək ki, Şanxaydakı zavod 2019-cu ildə yaradılıb və pandemiya və bir sıra başqa məhdudiyyətlərə baxmayaraq 3 ildə 1 milyon avtomobil istehsalını həyata keçirib.
Bütün bunlara baxmayaraq şirkət hələ də ənənəvi avtomobil istehsalçılarından geri qalır. Belə ki, 2021-ci ildə “Toyota” 10 milyon, “Volkswagen” isə 9 milyon avtomobil istehsalı ilə lider olub.