Bakı 20˚C Windy

“Tesla” ötən ay satışını 3 dəfə artırıb

Biznes 16:38 12 yan, 2022

Bu, 2020-ci ilin dekabr ayı ilə müqayisədə təxminən 3 dəfə çox, 2021-ci ilin noyabr ayına nisbətən isə 34% çoxdur

“Tesla” ötən ay satışını 3 dəfə artırıb

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” 2021-ci ilin dekabr ayında 70 846 avtomobil satıb.

Qazet.az  xəbər verir ki, bu, 2020-ci ilin dekabr ayı ilə müqayisədə təxminən 3 dəfə çox, 2021-ci ilin noyabr ayına nisbətən isə 34% çoxdur.

Xatırladaq ki, "Tesla" 2019-cu ildən Çinin Şanxay şəhərində də istehsala başlayıb. Ötən il şirkətin "Çin istehsalı" olan elektromobillərindən 473 078 ədəd satılıb.

"Tesla" Çində Almaniya və Yaponiya kimi ölkələr də daxil olmaqla yerli və beynəlxalq bazarlar üçün “Model 3” və “Model Y” markalı avtomobillər istehsal edir.

Qaynaq