Bakı 21˚C Windy

“Tesla” uşaqlar üçün kvadrosikl hazırlayıb

Biznes 11:57 03 dek, 2021

Nəqliyyat vasitəsi tamamilə elektrik mühərriklə çalışır

“Tesla” uşaqlar üçün kvadrosikl hazırlayıb

Elektromobil istehsalçısı “Tesla” azyaşlıları da yaddan çıxarmayıb.

Qazet.az Lenta.ru-a istinadən xəbər verir ki, şirkətin onlayn mağazasında “Cyberquad” adlı kvadrosiklin satışlarına başlanıb.

Nəqliyyat vasitəsi tamamilə elektrik mühərriklə çalışır. Onun dizaynı “Cybertruck” pikapını xatırladır.

Kvadrosiklin birdəfəlik enerji yığımıyla gediş məsafəsi 24 km, maksimal sürəti isə 16 km/saatdır.

Onu 1900 dollara əldə etmək olar.