Bakı 5˚C Partly sunny

Xocavənddə təxribat: Azərbaycan qondarma rejimin bayrağını endirməyi tələb etdi - YENİLƏNİB

Gündəm 14:27 22 sen, 2021

Azərbaycan əsgərləri Amaras monastrında qondarma rejimin bayrağını endirdi 

Xocavənddə təxribat: <span style="color:red">Azərbaycan qondarma rejimin bayrağını endirməyi tələb etdi - YENİLƏNİB</span>

Dünən Qarabağın Xocavənd rayonununda Azərbaycan əsgərləri qarşı tərəfin təxribatının qarşısını almağa cəhd edib və qondarma rejimin bayrağını endirməyi tələb edib.

Qazet.az xəbər verir ki, bu barədə "Hraparak" qazeti məlumat yayıb. 

Məlumatda deyilir ki, azərbaycanlı əsgərləri neytral zonada 1200 metr irəliləyərək Amaras monastrında dalğalanan “dqr” bayrağını aşağı endirilməsini tələb edib.

Qondarma rejimin Maçkalaşen Bələdiyyə başçısı Lernik Avanesyan məlumatı təsdiqləyib. Məsələyə rus sülhməramlıları qarışıb və nəticədə danışıqlar gedir. Lakin bunun əvəzində rus generalı Ermənistan bayrağını asmağı tələb edib.

***

Baş verən məsələ ilə bağlı Qazet.az saytı Azərbaycan Xarici İşlər Nazirliyinə sorğu ünvanlayıb.

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.