Teymur Musayev: "Azərbaycanda COVID-19 üçün ayırılan çarpayılarının sayı 50 minə çatıb"
Cəmiyyət
15:22 05 noy, 2021
Dünya ölkələrinə vaksinlərin paylanmasi ilə bağlı qlobal siyasət qəbul edilməlidir
"Ölkəmiz lazımi miqdarda vaksin alır".
Qazet.az xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev deyib.
Onun sözlərinə görə, yanvarın 18-dən etibarən vaksinasiya davam edir: "Ölkə vətəndaşlarının 60 faizi iki doza peyvəndlənib. Altı ay keçəndən sonra üçüncü dozanı vurdura bilərlər. Bizim statistik göstəricilər şəffafdır. Dünya ölkələrinə vaksinlərin paylanmasi ilə bağlı qlobal siyasət qəbul edilməlidir".
O əlavə edib ki, Azərbaycanda pandemiya ilə mübarizədə səmərəli işlər görülüb: "COVID-19 üçün ayırılan çarpayılarının sayı 50 minə çatıb. Suni nəfəs aparatlari gətirilib".