Teymur Rəcəbov Aronyanı yenə məğlub etdi
İdman
09:11 30 sen, 2021
Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevə 1,5:2,5 hesabı ilə məğlub olub.
Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin beşinci turunun oyunları keçirilib.
“Qazet.az” xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu turda ermənistanlı Levon Aronyan üzərində 2,5:1,5 hesablı qələbə qazanıb.
Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevə 1,5:2,5 hesabı ilə məğlub olub.
Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.
Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.