Bakı 27˚C Sunny

Teymur Rəcəbov: "Mənim üçün çətin il oldu" 

İdman 12:42 05 okt, 2021

Bu yarış həqiqətən mənə xoş anlar yaşatdı

Teymur Rəcəbov: <span style="color:red">"Mənim üçün çətin il oldu"</span> 

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunda ikinci mövsümün başlayacağı tarix açıqlanıb.

“Qazet.az” yarışın  saytına istinadən xəbər verir ki, turnir 2022-ci ilin fevralında start götürəcək.

Onlayn yarışın ilk mövsümündə Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov 2-ci, Şəhriyar Məmmədyarov isə 10-cu yeri tutub. Çempionlar Turunun qalibi isə Maqnus Karlsen olub.

Teymur Rəcəbov yarışın rəsmi saytına açıqlamasında göstərdiyi nəticədən məmnun olduğunu söyləyib: "Mənim üçün çətin il oldu. Bu yarış həqiqətən mənə xoş anlar yaşatdı. Çempionlar Turu ilə bağlı gözəl xatirələrim var".