Bakı 3˚C Partly sunny

Almaniya təyyarəsi Bakıya təcili eniş etdi

Gündəm 09:45 04 yan, 2023
Almaniya təyyarəsi Bakıya təcili eniş etdi

Astana hava limanında güclü duman səbəbindən “Lufthansa”nın Frankfurt-Almatı-Astana reysi ilə uçan DLH-649 reysinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Qazet.az-a verilən xəbərə görə, göyərtəsində 123 sərnişin olan Airbus A330 təyyarəsi yerli vaxtla saat 06:58-də Bakı hava limanına enib.

Hava gəmisi kapitanının qərarı ilə saat 08:38-də təyyarə Bakı hava limanından Frankfurta geri dönüb.