Təyyarə havaya qalxdıqdan sonra qapısı qopdu
Hadisə
01:26 16 dek, 2022
Hadisə bazar ertəsi, dekabrın 12-də səhər saatlarında Navarino adasındakı kiçik Puerto Uilyams şəhərində baş verib. Havaya qalxdıqdan təxminən 10 dəqiqə sonra "Beechcraft King Air-100" təyyarəsinin qapısı qopub.
Qazet.az xəbər verir ki, hadisə şahidləri tərəfindən lentə alınan videoda laynerin su üzərində qapısı olmadan necə uçduğu, sərnişinlərin güldüyü əks olunub.
Nəticədə pilot hava limanına geri qayıdaraq təcili eniş etməli olub. İnsident zamanı göyərtədə doqquz turist və iki ekipaj üzvü olduğu dəqiqləşib. Onlardan heç biri xəsarət almayıb, lakin məcburi enişdən sonra təyyarə aerodromda qalıb.
Mənbənin sözlərinə görə, hazırda aviaşirkət insidentin səbəblərini öyrənmək üçün araşdırma aparır.