Təyyarə yaşayış binasına çırpıldı - 7 nəfər öldü
Hadisə
23:45 21 noy, 2022
Kolumbiyanın ikinci ən böyük şəhəri olan Medellində kiçiktutumlu təyyarə yaşayış məntəqəsinə çırpılıb.
Qazet.az xəbər verir ki, bu barədə şəhər meriyası "Twitter" hesabında məlumat yayıb.
Hadisə yerinə cəlb olunan şəhərin fövqəladə hallar xidmətinin əməkdaşları təyyarənin göyərtəsində 9 nəfərin olduğunu və onun yaşayış evinə çırpıldığını bildiriblər.
Qəza zamanı azı 7 nəfərin öldüyü açıqlanıb.