Təyyarə yaşayış ərazisinə düşdü: Ölənlər var - VİDEO
Cəmiyyət
16:05 23 may, 2022
Son iki həftədə iki qəza

ABŞ-ın Kolorado ştatında təkmühərrikli təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində iki nəfər həlak olub.
Qazet.az xəbər verir ki, bu barədə yerli yanğınsöndürmə idarəsindən bildirilib.
Məlumata görə, qəza nəticəsində yaxınlıqdakı tikililərə zərər dəyməyib, başqa xəsarət alan yoxdur.
Hadisənin səbəbi hələlik məlum deyil, araşdırma aparılır. Qeyd edilir ki, bu, son iki həftədə qurbanlarla nəticələnən ikinci təyyarə qəzasıdır.

