Bakı 9˚C Intermittent clouds

Təyyarədə ən çirkli üç yer açıqlandı

Maraqlı 04:19 06 yan, 2023
Təyyarədə ən çirkli üç yer açıqlandı

Argentinalı stüardessa təyyarənin ən çirkli üç yerini aşıqlayıb.

Qazet.az "Daily Star"-a istinadən xəbər verir ki, birinci yerdə, onun fikrincə, tualetin döşəməsidir.

Uçuş bələdçisi Barbi deyib ki, o, sərnişinlərə təyyarədə ayaqyalın tualetə getməyi tövsiyə etmir. İkinci ən çirkli yer, onun fikrincə, oturacaqların cibləridir. Stüardessa səyahətçilərin oraya "iyrənc şeylər" qoyduğunu desə də, hansının olduğunu dəqiqləşdirməyib. Nəhayət, üçüncü ən çirkli yer zibil qutuları olub.

"Təmizləmə qrupu təyyarələrə minəndə heç vaxt zibil qutularını təmizləmirlər, ona görə də orada nə tapa biləcəyinizi təsəvvür edin", - Barbi deyib.