Təyyarədə qorxulu anlar: motordan alovlar çıxdı - Video
Gündəm
08:08 26 sen, 2021
Motordan alovlar çıxdı

Kubadan Rusiyaya uçmağa hazırlaşan sərnişin təyyarəsində qorxulu anlar yaşanıb.
Qazet.az xəbər verir ki, “Azur Air” aviaşirkətinə məxsus təyyarə qalxışa hazırlanarkən motora quş girib. Bu anda motordan alov çıxmağa başlayıb.
Hadisə sərnişinlərdən biri tərəfindən lentə alınıb.
Pilotlar vəziyyətdən xəbərdar olduqdan sonra qalxış təxirə salınıb.
Sərnişinlər təxliyə edilib və təyyarə texniki xidmətə göndərilib.(axar.az)