Bakı 6˚C Dreary

Təzyiqi salan və baş ağrısından xilas edən SADƏ EV ÜSULU

Xəbərlər 08:00 13 sen, 2022
Təzyiqi salan və baş ağrısından xilas edən SADƏ EV ÜSULU

Baş ağrısı və təzyiqin yüngül qalxması zamanı ev şəraitində isti ayaq və əl vannalarından istifadə çox yaxşı effekt verir.

Əlləriniz və ayaq pəncələrinizi isti suya salın və 10 dəqiqə saxlayın. Su soyuduqca isti su əlavə edin.

Nanə çayı da təzyiq və baş ağrısı ilə mübarizədə çox effektli vasitə sayılır. 1 çay qaşığı quru nanəni 1 fincan qaynar suda 10 dəqiqə ərzində dəmləyin və 1 dilim limon əlavə edib yavaş-yavaş için.

Saglamolun.az nəzərinizə çatdırır ki, təzyiqin tez-tez qalxması təhlükəli haldır və xüsusi müayinə və müalicə tələb edir. Yüksək təzyiq sağlamlığa çox ciddi ziyan vurur, ürək-damar, böyrək xəstəlikləri, infarkt və insultun riskini qat-qat artırır.