Bakı 0˚C Cloudy

"The Guardian" - İngiltərədə bu məhsulların qiyməti 65% artıb

Gündəm 00:59 26 okt, 2022
"The Guardian" - İngiltərədə bu məhsulların qiyməti 65% artıb

İngiltərədə 2022-ci ilin sentyabrında makaron, çay, bitki yağları və çipslərin qiymətləri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 65% artıb. 

Qazet.az
xəbər verir ki, bu barədə  “The Guardian” qəzeti Böyük Britaniyanın Milli Statistika İdarəsinin mətbuat xidmətinin məlumatlarına istinadən yazıb.

Məlumatda östərilir ki, makaron məmulatlarının qiyməti 60%, çayın qiyməti 65%, cipslərin qiyməti 39%, bitki yağlarının qiyməti 65% artıb.

Ümumiyyətlə, 2022-ci ilin sentyabrında Böyük Britaniya supermarketlərində ən büdcəli ərzaq məhsullarının qiyməti 2021-ci ilin eyni dövrü ilə müqayisədə 17% artıb. Bunlara süd, peçenye, çörək, dondurulmuş tərəvəzlər daxildir. Bu məhsullar 30% bahalaşıb.

Eyni zamanda, İdarənin məlumatına görə, aprel ayında orta artım 2021-ci ilin aprel ayı ilə müqayisədə 9% təşkil edib.