Bakı 31˚C Sunny

Tibb işçilərinə iyul və avqust ayları üzrə 8.8 milyon manat ödənilib

Gündəm 13:26 02 noy, 2021

Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır

Tibb işçilərinə iyul və avqust ayları üzrə 8.8 milyon manat ödənilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) bu ilin iyul və avqust ayları ərzində yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq təxminən 7.7 milyon manat, qeyri-tibb işçilərinə isə 1.1 milyon manata yaxın müddətli əlavə ödəyib.

Agentlikdən Qazet.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq sərəncamına əsasən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə cari ilin iyul və avqust ayları üzrə iş vaxtına/saatına mütənasib olaraq 4639.12 manat məbləğində müddətli əlavə ödənilib. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə, iyul və avqust ayları üzrə 7500 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

Tibb və qeyri-tibb tibb işçilərinə, eləcə də könüllülərə qeyd edilən aylar üzrə ödənilən müddətli əlavə və mükafatların məbləği aşağıdakı kimidir:

AylarDövlət tibb müəssisələri üzrəÖzəl tibb müəssisələri üzrəKönüllülər üzrəCəmi
Tibb işçiləriQeyri-tibb işçiləri
İyul3 364 510.34 AZN (4946 nəfər)563 470.25 AZN (1616 nəfər)1318.87 AZN (1 nəfər)4 250 AZN (17 nəfər)

3 933 549.46 AZN

(6580 nəfər)

Avqust4 334 358.84 AZN (4789 nəfər)508 269.02 AZN (1107 nəfər)3320.25 AZN (2 nəfər)3 250 AZN (13 nəfər)

4 849 198.11 AZN

(5911 nəfər)

Qeyd olunub ki, dövlət və özəl tibb müəssisələri tərəfindən göndərilən siyahılara uyğun olaraq Agentlik tərəfindən iyul və avqust ayı üzrə müddətli əlavələrin ödənilməsi davam edir.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqqılarına müddətli əlavələrin ödənilməsi noyabrın 1-dək uzadılıb.