Tibb mütəxəssisləri koronavirusdan ölümün yeni səbəbini ortaya çıxarıblar
Cəmiyyət
12:19 01 yan, 2023
ABŞ-da tibb mütəxəssisləri koronavirusdan ölümün ilginc səbəbini ortaya çıxarıblar.
Qazet.az xəbər verir ki, ABŞ Milli Sağlamlıq İnstitutunun mütəxəssisləri COVID-19 səbəbindən həyatını itirənlərin meyitləri üzərində aparılan tədqiqatların sonu olaraq virusun beyinə keçdiyini iddia edir.
Tədqiqat orta yaşı 62,5 olan 44 nəfər üzərində həyata keçirilib.
Meyitlərdən götürülmüş qan nümunələrini araşdıran tədqiqatçılar 38 nəfərin qan plazmasında SARS-CoV-2 virusunu aşkar ediblər.
Digər tərəfdən, tədqiqatçılar meyitlərin müxtəlif hissələrində və ya mayelərində RNT tapılıb.