Bakı 17˚C Intermittent clouds

Tibbi reseptlər də elektron olacaq - TƏBİB-dən yeni addım

Gündəm 18:59 29 okt, 2021

Dərman vasitələrinin dövriyyəsində rəqəmsallaşdırma prosesi gedir

Tibbi reseptlər də elektron olacaq - <span style="color:red">TƏBİB-dən yeni addım</span>

“Dərman vasitələrinin ölkədə dövriyyəsində rəqəmsallaşdırma prosesi gedir”.

Qazet.az xəbər verir ki, bunu bu gün TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev “Dərman təhlükəsizliyi və farmakonəzarət” mövzusunda çıxışında bildirib.

E.Quliyev deyib ki, yəqin ki, yaxın gələcəkdə rəqəmsallaşdırma tam başa çatdırıldıqdan sonra ölkədə dərman izləmə sistemi tətbiq olunacaq:

“Bundan sonrakı mərhələdə ölkədə elektron reseptə keçid həyata keçiriləcək, biz artıq kağız reseptlərə əlvida deyəcəyik. Dərmanlar elektron reseptlərlə təyin olunacaq, apteklərdən də dərman vasitələri elektron reseptlərlə alınacaq”.