Ticarət mərkəzində ölənlərin sayı artır -Yenilənib
Gündəm
11:28 28 iyn, 2022
Ölənlərin sayı 18 nəfərə çatıb

Xəbər verdimiz kimi, ötən gün Ukraynanın Kremençuk şəhərində ticarət mərkəzində törədilən partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb.
Qazet.az xəbər verir ki, axtarış-xilasetmə əməliyyatlarının hələ də davam etdiyi və xilasedicilərin dağıntılar altında 40-a yaxın itkin düşmüş şəxsi axtarıldığı barədə Ukrayna hakimiyyəti məlumat yayıb.
Yaralanan 59 nəfərdən təxminən 25 nəfər ölkənin mərkəzində, Poltava vilayətində, Dnepr çayı sahilindəki şəhərdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, raket hücumu zamanı ticarət mərkəzində çoxlu insan olub. Ona görə də itkilərin sayının artacağı ehtimal edilir.