Bakı 5˚C Showers

Tiflisdə pandemiyadan bəri ilk dəfə Şəhər Günü keçirilir

Maraqlı 00:30 02 okt, 2022
Tiflisdə pandemiyadan bəri ilk dəfə Şəhər Günü keçirilir

Oktyabrın 1-də Tiflisdə Şəhər Günü münasibətilə kütləvi bayram tədbirləri keçirilir.

Qazet.az TASS-a istinadən xəbər verir ki, şənliklər koronavirus pandemiyasının yaratdığı iki illik fasilədən sonra ilk dəfə təşkil olunur.

“İki illik fasilədən sonra yenidən milli bayramı - Tiflis bayramını qeyd edirik. Mən çox şadam ki, bu gün çoxlu insanlar yığışıb bayramı qeyd edirlər, əylənirlər. Biz bu iki günün yerli sakinlər, eləcə də qonaqlar üçün maraqlı keçməsi məqsədilə hər cür şərait yaratmışıq”, - ailəsi ilə birlikdə tədbirdə iştirak edən Tbilisi meri Kaxa Kaladze jurnalistlərə bildirib.

Qeyd edək ki, Tiflis günü ilk dəfə 1979-cu il oktyabrın 28-də keçirilib və o vaxtdan bəri hər il təşkil olunur.