“Tik-Tok”da paylaşım edən səfir vəzifədən azad edildi
Fikirlərini yerli sakinlərə xas olan ləhcədə ifadə edən səfir azad edildi
Boliviyanın Xarici İşlər Nazirliyi ölkəni Paraqvayda təmsil edən səfiri “Tik-Tok”da etdiyi paylaşıma görə tutduğu vəzifədən azad edib.
Qazet.az xəbər verir ki, bu barədə məlumatı Boliviya Xarici İşlər Nazirliyi yayıb.
“Boliviyanın Paraqvay Respublikasındakı səfiri Mario Kronembolda Apontenin təqsiri üzündən baş vermiş diplomatik anlaşılmazlıqla əlaqədar sizə bildiririk ki, o, dərhal La Pazada yerləşən Boliviya Xarici İşlər Nazirliyinə çağırılıb. Onun hesabatı qəbul edilib və müvafiq dəyərləndirmədən sonra səfir Kronembolda vəzifəsindən azad edilib”,- Boliviya XİN-nin açıqlamasında qeyd olunur.
Qeyd edək ki, Boliviyalı diplomat “Tik-Tok”da paylaşdığı videoda Paraqvayın ənənəvi içkisi olan tereranı nümayiş etdirib və fikirlərini yerli sakinlərə xas olan ləhcədə ifadə edib.
Mənbə: TASS