Bakı 10˚C Intermittent clouds

"TikTok" deyilənləri inkar etdi

Multimedia 12:55 21 okt, 2022
"TikTok" deyilənləri inkar etdi

Sosial şəbəkə platforması "TikTok" son günlər proqram barədə yayılan xəbərlərə münasibət bildirib. 

Qazet.az xəbər verir ki, sosial media nəhəngi Twitter-də bildirib ki, proqramdan heç vaxt Amerika hökumətini, fəalları, ictimai xadimləri və jurnalistləri “hədəf” etmək üçün istifadə edilməyib.

Şirkət həmçinin ABŞ istifadəçilərinin məkan məlumatlarını toplamadığını deyir.

O, "Forbes"-də məlumatların istifadəçilərin xəbəri və ya razılığı olmadan əldə edilə biləcəyinə dair hesabata cavab verib.

Qeyd edək ki, bundan öncə "TikTok" barədə saxta xeyriyyəçilik videoları hazırladığı və istifadəçilərin məlumatlarını ələ keçirməsi barədə xəbərlər yayılmışdı.