Bakı 23˚C Windy

"TikTok"dan istifadəçilərə gözlənilməz YENİLİK

Biznes 17:17 01 mar, 2022

TikTok sosial şəbəkəsi videoların xronometrajında yenilik edib

"TikTok"dan istifadəçilərə gözlənilməz YENİLİK

TikTok istifadəçilərinə 10 dəqiqəyə qədər həcmdə videolar yaratmaq imkanı verməyə başladı.

Qazet.az-ın məlumatına görə, bundan əvvəl "TikTok"a maksimum 3 dəqiqəlik video yükləmək mümkün idisə, artıq bu müddəti  10 dəqiqə ilə əvəz edilib.

Videonun müddətinin belə əhəmiyyətli artması TikTok istifadəçilərinə 3 dəqiqəyə sığmayan yeni bir video yaratmağa imkan verəcək. Həmçinin platformaya yeni istifadəçilər cəlb edə və hətta 10 dəqiqəlik məzmuna daha yaradıcı idealar yerləşdirə biləcək. 

Onu da qeyd edək ki, TikTok yenilənməsi bir az vaxt aparacaq, lakin bütün istifadəçilər bir neçə həftə ərzində yeni funksiyadan istifadə edə biləcəklər.